“Ukrayna əks-hücum əməliyyatlarını uğurla həyata keçirə bilmir”-ŞƏRHbackend

“Ukrayna əks-hücum əməliyyatlarını uğurla həyata keçirə bilmir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya-Ukrayna müharibəsində mövqe döyüşləri gedir”.

Bu sözləri Editor.az-a Rusiya-Ukrayna müharibəsi ilə bağlı şərh verərkən politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ukrayna əks-hücum əməliyyatlarını uğurla həyata keçirə bilmir:

“Çünki ABŞ və Qərbdən hücum silahlarının verilməsi gecikir. Xüsusilə əks-hücumda mühüm rol oynayan uzaqmənzilli ballistik raketlər və təyyarələrin gecikdirilməsi çətinlik yaradır. Digər tərəfdən Rusiya da öz hərbi sənaye və müdafiə kompleksini bərpa edib və güclü müdafiə xətti qurub. Ötən gün Ukrayna qoşunlarının ali baş komandanı da vəziyyətin böhranlı olduğunu və Ukraynanın istədiyi nəticəni əldə etmədiyini bildirib”.

Politoloq bildirib ki, Rusiya da müsbət nəticə əldə etmir:

“Hazırda tutduğu ərazilərdə möhkəmlənmək istəyir. Düşünmürəm ki, Rusiya Ukrayna üzərində qələbə çalacaq. Çünki Qərb buna imkan verməz. Görünən odur ki, ABŞ Ukraynanın qalib gəlməsi, Rusiyanın isə tamamilə məğlub olmasında maraqlı deyil”.

//Səbinə Hüseynli, Editor.az