Ukrayna əks-hücumları nə zaman artıracaq? – VİDEObackend

Ukrayna əks-hücumları nə zaman artıracaq? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada müharibə davam edir.

Bu ölkədə yaşayan Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Gənclər və İdman Departamentinin sədri Şəhriyar Məhərrəmov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, yaşadığı Lvov şəhərində mütəmadi olaraq həyəcan siqnalları verilir.

“Raket zərbələri endirilsə də, hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilir”, – deyə o əlavə edib.

Qeyd edilib ki, Rusiyanın raket hücumlarını artırmasına səbəb Ukraynanın əks-hücum əməliyyatlarıdır.

O da bildirilib ki, havanın soyuq olması Ukraynanın əks-hücumları intensivləşdirməsinə mane olur. Lakin yaxın günlərdə bu hücumların artacağı gözlənilir.