“Ukrayna, əlbəttə ki, Rusiyadır” – Dmitri Medvedevbackend

“Ukrayna, əlbəttə ki, Rusiyadır” – Dmitri Medvedev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ilə sülh danışıqları yalnız onun rəhbərliyində “reallıqları” tanıyan dəyişiklik baş verərsə mümkündür.

Editor.az bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. O qeyd edib ki, Rusiya “öz torpaqlarından heç vaxt imtina etməyəcək. Ona görə də bəzi yeni insanlarla danışıqlar onlar cəsur silahlı qüvvələrimizin hərəkətləri nəticəsində yer üzündə yaranmış reallıqları dərk etdikdə mümkündür”, – deyə Medvedev “Bilik” marafonunda çıxışı zamanı bildirib. O, həmçinin iddia edib ki,
“Ukrayna, əlbəttə ki, Rusiyadır”.
Qeyd edək ki, 2022-ci ilin mayında Ukrayna ilə Rusiya arasında sülh danışıqları dayandırılıb.

//Samir Qurbanov, Editor.az