Ukrayna elə bir silah alır ki,…backend

Ukrayna elə bir silah alır ki,…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya yeni hərbi yardım paketi çərçivəsində Ukraynaya onlarla düşmən tankını məhv etməyə qadir olan “Apache AH64 E” hücum helikopterləri verəcək.

Editor.az bildirir ki, bu barədə “Mirror” nəşri ölkənin müdafiə sektorundakı yüksək vəzifəli mənbəyə istinadən xəbər verir. Qeyd olunur ki, helikopterlərin təhvil verilməsi Ukraynanın “Challenger 2” tanklarını almasından sonra planlaşdırılır:

“Apache” oyunu dəyişdirəcək. Əvvəlcə tanklar gələcək və vertolyotların yerləşdirilməsinə bir qədər vaxt lazım olacaq. Çox güman ki, NATO-nun digər üzvləri də buna əməl edəcəklər”, – mənbə bildirib.

Mənbə onu da qeyd edir ki, ukraynalı pilotlar Britaniyada təhsil alacaqlar, texniki baza isə qonşu ölkələrin birində, məsələn, Polşada yaradılacaq.

“Apache AH64 E” helikopterləri 16-ya qədər “Hellfire” tank əleyhinə mərmi, 76 70 mm-lik “Hydra” raketi və 30 mm-lik zəncirli silah daşıya bilir: “Bu o deməkdir ki, dörd “Apaçi” bir neçə saniyə ərzində 70 tankdan ibarət bütöv bir alayı məhv edə bilər”, – nəşr qeyd edir.

//Samir Qurbanov,Editor.az