Ukrayna enerji müharibəsinə intensiv hazırlaşırbackend

Ukrayna enerji müharibəsinə intensiv hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna qışdan əvvəl enerji infrastrukturunu gücləndirməyə tələsir, çünki Rusiyanın yenilənmiş hava kampaniyası elektrik stansiyalarını hədəf alır.

Editor.az ” Financial Times “a istinadən bildirir ki, Rusiya əvvəl Ukraynanın dəniz limanlarını və taxıl ixracı infrastrukturunu hədəfə aldığı halda, son həftələrdə keçən il olduğu kimi yenidən enerji infrastrukturuna raket və dron zərbələri endirməyə başlayıb.

Ukraynanın Baş naziri Denis Şmıqal bildirib ki, ölkə qış mövsümünə daha hazırlıqlıdır. Onun sözlərinə görə, qorunma 100% effektiv deyil, lakin 80-90% hallarda işləyəcək. O əlavə edib ki, Ukraynanın elektrik infrastrukturunun təxminən 40%-i bir il əvvəl məhv edilib, lakin bu zərərin böyük hissəsi artıq təmir olunub.
“Ötən qış Rusiya Ukrayna elektrik stansiyalarına 1200-dən çox raket və dron zərbələri endirib, elektrik infrastrukturumuzun 40%-dən çoxunu, o cümlədən istehsal və elektrik şəbəkələrini məhv etdi”.

//Safura Bənnayeva, Editor.az