Ukrayna ərazisinin Rusiya tərəfindən “Kinjal” aeroballistik raketləri ilə hücuma məruz qaldığı açıqlanıbbackend

Ukrayna ərazisinin Rusiya tərəfindən “Kinjal” aeroballistik raketləri ilə hücuma məruz qaldığı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı Rusiyanın gecə saatlarında ölkə ərazisinə “Kinjal” aeroballistik raketləri ilə hücum etdiyini açıqlayıb.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya gecə saatlarında raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə Ukrayna ərazisinə hücum edib.

Açıqlamada, hücumlar arasında Rusiyanın 8 “Şahed” tipli PUA, 7 S-300/S-400 idarə olunan raketi, 4 Kinjal aeroballistik raketi, 24 X-101/Х-555/Х-55 yer alıb. 8 X-22 qanadlı raket, 6 İsgəndər-M ballistik raket və 2 X-31P tipli idarə olunan raket daxil olmaqla hədəflər aşkar edilib.

Açıqlamada kritik infrastruktur, mülki sənaye və hərbi obyektlərə hücum edildiyi, ballistik raketlərin Xarkov, Dnepropetrovsk, Zaporojya və Xmelnitski bölgələrinin hədəf alındığı bildirilib.

Açıqlamada Ukrayna ordusu tərəfindən 8 ədəd “Şahed” PUA və 18 ədəd X-101/Х-555/Х-55 model qanadlı raketin məhv edildiyi, vurulmayan Rusiya raketlərinin hədəflərinə çatmadığı bildirilib.

Ukrayna Prezident Aparatının rəis müavini Oleksiy Kuleba da sosial media hesabındakı paylaşımında Rusiyanın gecə saatlarında ölkənin bəzi şəhər və rayonlarına raketlərlə hücum etdiyini, 2 nəfərin öldüyünü, 33 nəfərin yaralandığını açıqlayıb.

//Səbinə Hüseynli, Editor.az