Ukrayna:”Ərdoğan Putini taxıl müqaviləsinə qaytara biləcək yeganə liderdir”backend

Ukrayna:”Ərdoğan Putini taxıl müqaviləsinə qaytara biləcək yeganə liderdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Qara dəniz taxıl dəhlizi sazişi ilə bağlı Ukraynanın dövlət agentliyi “Ukrinform”a açıqlama verib.

Editor.az xəbər verir ki, Rusiyanın razılaşmanı dayandırdığını xatırladan Kuleba, Putinin bu razılaşmaya qayıtması ilə bağlı Ukraynanın Türkiyə ilə qarşılıqlı əlaqədə olduğunu qeyd edib.

“Ukrayna Putinin Qara Dəniz Taxıl Dəhlizi Sazişinə qayıtması üçün Ərdoğanla koordinasiyadadır. Ərdoğan bu məsələdə Zelenski ilə əlaqədədir. Bu, hər iki tərəf üçün faydalıdır. Putini razılaşmaya qaytara biləcək yeganə lider Ərdoğandır”,-deyə o bildirib.

//Safura Bənnayeva, Editor.az