Ukrayna Ərdoğan və Quttereşin səfərindən niyə narahatdır?backend

Ukrayna Ərdoğan və Quttereşin səfərindən niyə narahatdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Lvovda Vladimir Zelenski ilə görüşəcək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreş Zelenskidən Ukraynada Rusiya ilə müharibənin diplomatik yolla bitməsinə yardım etmək istəyəcək.

Editor.az xəbər verir ki, bunu hərbi ekspert Oleq Jdanov deyib. Onun sözlərinə görə, bu, Rusiyanın planıdır və bu planın mahiyyəti danışıqlar masasına oturmaqdır. “İnanın mənə, bu danışıqların birinci şərti müvəqqəti atəşkəs olacaq. Necə deyərlər, müvəqqəti olandan daha daimi heç nə yoxdur.Jdanovun sözlərinə görə, BMT-nin baş katibi Putinin tərəfini tutur və taxıl üçün “əmtəə-pul əməliyyatları”nda daha çox maraqlıdır. “Rəcəb Ərdoğanın isə bu müharibə ilə bağlı öz fikirləri və Rusiya ilə öz razılaşmaları var. O, Rusiyaya qarşı sanksiyalar tətbiq etmir, onlar (Putinlə) avqustun 5-də Soçidə görüşüb və nəyisə razılaşdırıblar”, – deyə o xatırladıb.

  //Samir,Editor.az