Belarus hərbçiləri Ukraynaya hücum edəcəyi təqdirdə ukraynalıların şiddətli müqaviməti ilə üzləşəcəklər.
Editor.az xəbər verir ki, bunu Rusiyalı hüquq müdafiəçisi Mark Feyqinlə söhbətində Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç deyib. O, Belarus hərbçilərinin peşəkarlığına və cəsarətinə şübhə etmədiyini, lakin onların bu müharibədə heç bir döyüş təcrübəsi və motivasiyasının olmadığına əmin olduğunu bildirib. “Ukrayna silahlı qüvvələri üç gün ərzində onları yox edəcək. Sıfıra qədər.
Orada hücum etməyə çalışan hər kəsi. Onlar bunu başa düşürlər. Əgər belaruslar hücum etsələr, ukraynalı əsgərlər nə edəcəklər? Təbii ki, qəzəblənəcəklər. Çünki belaruslar tab gətirməyib, nəticədə Ukraynaya xain zərbə endiriblər. Ancaq cavab da nüvafiq olacaq və heç kimin heç kimə yazığı gəlməyəcək”, – deyə Aretoviç bildirib.
Editor.az

