Ukrayna əsgərləri Danimarkada təlim keçəcəklərbackend

Ukrayna əsgərləri Danimarkada təlim keçəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna əsgərləri Danimarkada təlim keçəcək.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Danimarkanın müdafiə naziri Morten Bedskov Ukraynanın paytaxtı Kiyevə səfəri zamanı açıqlama verib.

Bedskov təlim keçəcək ukraynalı əsgərlərin sayı, təlimin vaxtı və yeri barədə ətraflı məlumat verməyib.

Onu da qeyd edək ki, avqustun əvvəlində Danimarka Müdafiə Nazirliyi Ukrayna ordusuna təlim keçmək üçün Böyük Britaniyaya 130 hərbi ekspert göndərəcəyini açıqlamışdı.

//Safura Bənnayeva, Editor.az