Rusiya ordusu sıralarında Ukraynaya qarşı döyüşən krımlıların qohumlarına “salam”lar gəlməyə başlayıb.
Onlar qaçılmaz “cəza” xəbərdarlıqları alırlar.
Editor.az xəbər verir ki, bu barədə Krımın Teleqram kanalları məlumat yayıb. Belə ki, işğal altında olan Yevpatoriyada avtomobilin üzərində qalan stikerdə “Rusiya Federasiyasının hərbçisi, bilin ki, biz artıq buradayıq. Krım Ukraynadır” yazılıb. Başqa bir halda, işğal olunmuş yarımadanın qadın sakini mənzilinin qapısında “xəbərdarlıq” tapıb.
“Dəhşətdir. Evə qayıdanda qapımın ağzında bunu gördüm… Ərim Ukraynada “xüsusi hərbi əməliyyatda” iştirak edir. Ay Allah”…” – deyə qadın sosial şəbəkələrdə şikayətlənir. Bundan əvvəl hərbi ekspert Oleq Jdanov Krımı işğalçılar üçün “dalana” çevirməyi, onların Xerson vilayətindən yarımadaya geri çəkilməsini mümkünsüz etməyi təklif etmişdi. Jdanov bildirmişdi ki, ruslar dərhal Rostov vilayətinə qayıtmalıdırlar.
Editor.az

