Ukrayna əsgərləri Rusiya ilə sərhəddə Ukrayna bayrağını qaldırıblarbackend

Ukrayna əsgərləri Rusiya ilə sərhəddə Ukrayna bayrağını qaldırıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna sərhədçiləri Rusiya Federasiyası ilə sərhəddə yerləşən Budarki keçid məntəqəsində Ukrayna bayrağını qaldırıblar.

Editor.az bildirir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb. “Polad Sərhəd” Mühafizəsinin Hücum Briqadasının sərhədçiləri davamlı atəşə baxmayaraq, Xarkov vilayətindəki Budarki avtomobil buraxılış məntəqəsinin ərazisinə daxil olub və ətrafdakı ən hündür qüllədə mavi-sarı bayraq qaldırıblar”, – məlumatda deyilir.

Dövlət Sərhəd Xidməti qeyd edir ki, bu keçid məntəqəsi birbaşa dövlət sərhədində yerləşir və Rusiya Federasiyasının tammiqyaslı işğalından sonra fəaliyyət göstərmir.

//Samir Qurbanov, Editor.az