Ukrayna əsgərləri Xarkovda uğurlu əməliyyat keçiribbackend

Ukrayna əsgərləri Xarkovda uğurlu əməliyyat keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin bir qrupu Xarkovda Rusiya Federasiyasının kəşfiyyatçılarının da daxil olduğu işğalçı dəstəni məhv etmək üçün uğurlu əməliyyat keçirib.

Bu barədə Editor.az “Ukrayinska Pravda”ya istinadən xəbər verir.
20 nəfərlik dəstənin ən azı 15-i məhv edilib. Ukrayna tərəfində itki yoxdur. Yalnız bir döyüşçü yaralanıb. Hazırda o, xəstəxanadadır, həyatı və sağlamlığı üçün artıq təhlükə yoxdur.

Xatırladaq ki, müharibə başlanandan bəri ruslar dəfələrlə Xarkovu ələ keçirməyə çalışsalar da, ukraynalı müdafiəçilər tərəfindən uğurla dəf edilib.

  Editor.az