Ukrayna Rusiyanın “Mariupolda 1000-dən çox ukraynalı əsgərin təslim olması” ilə bağlı açıqlamasını təkzib edib.
Editor.az “BBC Türkçe”yə istinadla xəbər verir ki, Ukrayna prezidenti Vlodimir Zelenskinin baş məsləhətçilərindən biri iddia edib ki, Mariupoldakı briqada Azov batalyonu ilə əlaqə saxlamaq üçün kifayət qədər mühasirəni yarmağa müvəffəq olub.
Bildirilib ki, şəhər həftələrdir mühasirədə olduğu üçün hal- hazırda orada hadisələrin gedişatını öyrənmək çox çətindir.
//Gülnarə Abasova, Editor.az

