Ukrayna “F-16” ala biləcək?backend

Ukrayna “F-16” ala biləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın işğalına qarşı mübarizəsini davam etdirən Ukraynaya hərbi yardımlar davam edərkən Qərb istehsalı olan döyüş təyyarələri ilə bağlı müxtəlif açıqlamalar gəlir.

Editor.az xarici mediaya istinadən bildirir ki, Ukraynanın döyüş təyyarələri üçün seçimi Amerika istehsalı olan ” F-16 Blok 70″ modeli olub. ABŞ prezidenti Co Bayden Ukraynaya “F-16” döyüş təyyarələrinin verilməyəcəyini açıqlayıb.

Baydenin bəyanatı Almaniya kansleri Olaf Şoltsun da Ukraynaya döyüş təyyarələri göndərməkdən imtina etməsindən bir gün sonraya təsadüf edib.

Ukrayna hərbi yardımda Avropanın lider ölkəsi olan İngiltərədən də təyyarə ilə bağlı mənfi cavab alıb. Baş nazirlikdən verilən açıqlamada İngiltərə ordusunda RAF Typhoon və F-35 tipli döyüş təyyarələrinin təlim müddətinin çox uzun olduğu qeyd edilib və bunun mövcud vəziyyətdə praktiki olmayacağı bildirilib.Polşa isə NATO ilə koordinasiyalı şəkildə Ukraynaya döyüş təyyarələri verməyə hazır olacağını açıqlayıb.

Ukrayna rəsmilərinin sözlərinə görə, Rusiya ilə davam edən müharibədə hava məkanına nəzarəti ələ keçirmək üçün təyyarələrə ehtiyac var. “F-16″lar etibarlı və nisbətən sadə konstruksiyaya görə Ukrayna üçün çox cəlbedici görünür. Lakin son hadisələr onu göstərir ki, Amerika və Almaniya istehsalı olan tanklar almağa nail olan Ukraynanın təyyarə baxımından o qədər də bəxti gətirməyəcək.

//Safura Bənnayeva, Editor.az