Ukrayna G7 sammitində iştirak edəcəkbackend

Ukrayna G7 sammitində iştirak edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda G7-nin sədri Yaponiya Rusiya-Ukrayna böhranının birinci ildönümündə fevralın 24-də G7 liderləri ilə onlayn görüşməyə hazırlaşır.

Editor.az xarici mediaya istinadən bildirir ki, Yaponiya milli mətbuatı Ukrayna prezidenti Volodimir Zelenskinin sammitdə iştirak etməyə hazır olduğunu yazıb.

Sammitdə Ukraynaya hücumlarını davam etdirən Rusiyaya qarşı qətiyyət və həmrəylik mesajlarının verilməsi hədəflənir. ABŞ, Almaniya, Avropa İttifaqı (Aİ), Fransa, İngiltərə, İtaliya və Kanada liderlərinin qatılacağı sammitdə Ukrayna ilə bağlı əməkdaşlıq gücləndiriləcək, Rusiya-Ukrayna böhranından mənfi təsirlənən enerji bazarlarının sabitliyinin təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq.

//Safura Bənnayeva, Editor.az