Ukrayna gələn il büdcəsinin yarısını silaha xərcləyəcəkbackend

Ukrayna gələn il büdcəsinin yarısını silaha xərcləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hakimiyyəti 2026-cı il büdcəsinin 50 faizini silah tədarükü və istehsalına ayırmağı planlaşdırır.

“Qlavkom”un məlumatına görə, bu bəyanatla Ukraynanın baş naziri Yuliya Svyridenko çıxış edib.

Hökumətin gələn il üçün prioritetləri bunlardır: müdafiə və təhlükəsizlik; Avropaya inteqrasiya; korrupsiyaya qarşı mübarizə; rifah; veteranlar siyasəti; makromaliyyə və islahatlar; biznes; səhiyyə və idman; təhsil və elm; yenidənqurma; mədəniyyət; və qış sabitliyi.

2026-2027-ci illər üçün 37 milyard dollarlıq makromaliyyə yardımı nəzərdə tutulub.

Qeyd edək ki, iyulun sonunda Ukrayna prezidenti Volodimir Zelenski 2025-ci ildə ölkənin təhlükəsizlik və müdafiə sektorlarına 412 milyard qrivna (9,8 milyard dollar) xərclənməsini nəzərdə tutan qanunu imzalayıb.

//Gülnarə Abasova, Editor.az