Ukrayna gəmisi qəzaya uğradı, İstanbul boğazı yenidən bağlandıbackend

Ukrayna gəmisi qəzaya uğradı, İstanbul boğazı yenidən bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İstanbul boğazı mayın 7-də gəminin quruya oturması səbəbindən gəmilərin üzünə bağlanıb.

Editor.az CNN Türk-ə istinadən bildirir ki, Ukraynadan Misirə gedən “ALEXIS” yük gəmisi avadanlıqların nasazlığı səbəbindən qəzaya uğrayıb.

Uzunluğu təxminən 300 m olan gəminin mühərriki sıradan çıxıb. Fövqəladə vəziyyət zonasına xilasedici qayıqlar göndərilib. Telekanal xəbər verir ki, İstanbul boğazında gəmilərin hər iki istiqamətdə hərəkəti müvəqqəti olaraq dayandırılıb. “Vessel Finder” xidmətinin məlumatına görə, ALEXIS Odessa yaxınlığındakı Yujnı limanını tərk edərək Misirin Port Səid şəhərinə üzürmüş.

//Samir Qurbanov, Editor.az