Ukrayna: “Gün ərzində 18 PUA məhv edilib”backend

Ukrayna: “Gün ərzində 18 PUA məhv edilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gecə hücumu zamanı Ukraynanın hava hücumundan müdafiə qüvvələri  rusların atdığı 20 pilotsuz hücum təyyarəsindən 18-ni, həmçinin bir ədəd X-59 idarə olunan raketini vurub”.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumata görə, noyabrın 1-nə keçən gecə rus hərbi qüvvələri “Şahed-136/131” tipli pilotsuz hücum aparatları və X-59 idarəolunan raketlərindən istifadə etməklə Ukraynanın mühüm infrastruktur obyektlərinə və hərbi obyektlərə hücum ediblər .

Hücum zamanı Ukraynanın əksər bölgələrində hava hücumu xəbərdarlığı elan edilib. Ukrayna Müdafiə Qüvvələrinin hava hücumundan müdafiəsi ilə birgə taktiki aviasiya, zenit-raket bölmələri tərəfindən PUA-lar məhv edilib.

//Safura Bənnayeva, Editor.az