“Rusiya Silahlı Qüvvələri cəbhənin demək olar ki, bütün istiqamətlərində hücuma keçir , son 24 saat ərzində 78 toqquşma baş verib”.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Baş Qərargahın səhər hesabatında qeyd edilib.
Məlumata görə, ən kritik vəziyyət Ukrayna Silahlı Qüvvələrinin rusların 20-dən çox hücumunu dəf etdiyi Maryinski istiqamətində olub. Qeyd olunur ki, Kupyansk istiqamətində Ukrayna əsgərləri Xarkov vilayətinin Sinkovka, Petropavlovka, İvanovka yaşayış məntəqələri ərazisində rusların 13, Luqansk vilayətinin Nadejda və Makeevka yaxınlığında isə bütün hücumları uğurla dəf edib.
Eyni zamanda, hesabatda qeyd olunduğu kimi, Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətinin Baxmut şəhərinin cənubunda ruslara canlı qüvvə və texnikada itkilər verərək, əldə olunan xətlərdə mövqelərini möhkəmləndirərək hücum əməliyyatlarını davam etdirir.
“Ukrayna Müdafiə Qüvvələri Melitopol istiqamətində hücum əməliyyatını davam etdirir, rus silahlı qüvvələrinə canlı qüvvə və texnikada itki verdirir, bütün cəbhə xətti boyunca onları məhv edir”, – deyə, Baş Qərargahın hesabatında qeyd edilib.
//Safura Bənnayeva, Editor.az

