Ukrayna hadisələri fonunda erməni separatçılarının səsi kəsilib: “Müharibənin nəticələri proseslərə ciddi TƏSİR EDƏCƏK”backend

Ukrayna hadisələri fonunda erməni separatçılarının səsi kəsilib: “Müharibənin nəticələri proseslərə ciddi TƏSİR EDƏCƏK”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanacağını bəyan edib. “Ermənistanın diplomatiya günü”nə həsr olunmuş tədbirdə çıxış edən baş nazir hökumətin gündəliyində olan məsələlərdən danışıb:

“Gündəlikdə regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələləri var”.

Baş nazirin açıqlamalarını Editor.az-a şərh edən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, bu açıqlamaların əhəmiyyəti böyükdür:

” Təbii ki, 2022-2023-cü illər üçün Azərbaycan- Ermənistan arasındakı münasibətlərdə yeni hədəflər, məqsədlər var. Baş nazirin gündəlikdə olan proseslərə toxunması real danışıqların nəticəsidir. Amma çox təəssüf ki, Ermənistan vaxtı uzadır. Biz bu və digər məsələlərlə bağlı razılığa çoxdan gələ bilərdik. Bir tərəfdən isə Rusiya-Ukrayna hadisələri Azərbaycan və Ermənistan arasındakı prosesləri də ləngitdi”.

Z. Məmmədov qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin nəticələri Cənubi Qafqazdakı proseslərə kifayət qədər ciddi şəkildə öz təsirini göstərəcək:

” Ermənistan ictimaiyyəti də bilməlidir ki, söhbət Azərbaycanla sülh müqaviləsindən gedirsə, bu Ermənistan tərəfindən Qarabağ və şərqi Zəngəzurun tanınması nəticəsində ola bilər. Sülh müqaviləsi ərazi iddialarının olmaması, Azərbaycan və Ermənistan arasındakı bütün məsələlərlə bağlı razılığın əldə edilməsi deməkdir. Bunu Ermənistan hakimiyyəti də, cəmiyyəti də başa düşməlidir. Son zamanlar Ukrayna hadisələri fonunda erməni separatçılarının səsi kəsilib. Onlar da gedişatın necə nəticələnəcəyini gözləyirlər. Ukrayna hadisələrinin gedişatı kimlərəsə arxalanıb ara-sıra Azərbaycana qarşı provakasiyalara gedən erməni təxribatçılarının da davranışına təsir edəcək.

//Gülnarə Abasova, Editor.az