Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk parlamentə ölkənin xarici işlər naziri Dmitri Kulebanın istefası ilə bağlı ərizənin daxil olduğunu bildirib.
Müraciətə qarşıdakı plenar iclaslardan birində baxılacaq, – deyə spiker Facebook-da yazıb.
Xatırladaq ki, Dmitri Kuleba 4 mart 2020-ci ildə Ukrayna Xarici İşlər Nazirliyinə rəhbərlik edir. “Ukrayinska pravda” mənbələrinin məlumatına görə, yeni xarici işlər naziri onun birinci müavini, aprel ayından nazirlikdə çalışan Andrey Sibiqa ola bilər.
//Samir Qurbanov, Editor.az