Ukrayna hərbçiləri rusların “unikal” hərbi texnikasını dəqiq zərbə ilə məhv etdi-FOTObackend

Ukrayna hərbçiləri rusların “unikal” hərbi texnikasını dəqiq zərbə ilə məhv etdi-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu yaxınlarda Rusiya Silahlı Qüvvələri tərəfindən qəbul edilmiş “Palantin” radioelektron müharibə stansiyası sıradan çıxarılıb.

Editor.az bildirir ki, bu barədə jurnalist Yuri Butusov yazıb. Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının nəşrinin məlumatına görə, “Palantin” 128-ci əlahiddə dağ-hücum briqadasının ukraynalı əsgərlərinin yüksək dəqiqlikli artilleriya atəşi ilə məhv edilib.

Vaxtilə rus təbliğatçıları bu sistemin iddia edilən unikallığı haqqında fəal şəkildə məlumat yayır, onu dünyada analoqu olmayan bir sistem adlandırırdılar. “Palantin” kompleksi mobil rabitəyə müdaxilə edərək düşməni bir növ “kor edir”. Stansiya həmçinin pilotsuz təyyarələrlə mübarizə üçün nəzərdə tutulub. Kompleks dördoxlu “KamAZ” yük maşınlarına quraşdırılıb.

  //Samir Qurbanov, Editor.az