Ukrayna Silahlı Qüvvələrinin artilleriyası artıq rus işğalçılarının Kursk vilayətində Şimali Koreya əsgərlərinin yerləşdirilə biləcəyi mövqelərinə zərbələr endirib.
Bu barədə İspaniyanın “El Pais” qəzeti adının açıqlanmasını istəməyən Ukrayna ordusunun zabitinin sözlərinə istinadən məlumat yayıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Kursk vilayətini 40 minə yaxın hərbçi müdafiə edir. Şimali Koreya əsgərlərinin göndərilməsi bu qrupun sayını təxminən 25% artıracaq və daha təcrübəli əsgərlərin başqa istiqamətlərə köçürülməsinə imkan verəcək.
Polesienin 95-ci əlahiddə hava hücumu briqadasındakı mənbələr jurnalistlərə bildiriblər ki, Kursk bölgəsindəki rus əsgərlərinin yarısı onlardan daha az təcrübəyə malik olan yeni çağırışçılardır. Ukraynalı müdafiəçilərin fikrincə, Şimali Koreyalılar döyüş meydanında öz mövqelərini müdafiə etməyə hazır olmayacaqlar.
//Samir Qurbanov, Editor.az

