Ukrayna hərbçilərinin azad etdiyi üç qaz hasilat platforması yanırbackend

Ukrayna hərbçilərinin azad etdiyi üç qaz hasilat platforması yanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qara dənizdə Ukrayna hərbçilərinin 2023-cü ilin sentyabrında azad etdiyi üç qaz hasilat platforması (Boyko qüllələri adlanır) yanır.

Bu barədə “Crimean Wind Telegram” kanalı avqustun 26-da peykdən çəkilmiş görüntülərə istinadən məlumat yayıb. Məlumata görə, Zmeiny adasının şərqindəki hər üç qazma platforması hücuma məruz qalıb. 24 avqust 2024-cü il tarixinə aid xəbərdə bildirilir ki, orta platforma yanır, üçüncü platformadan isə tüstü sütunu qalxır.

İctimaiyyətin qeyd etdiyi kimi, Ukrayna əvvəllər qüllələrə hücum edib, çünki Rusiya Federasiyası onlardan Ukrayna Silahlı Qüvvələrinə casusluq etmək üçün istifadə edib. Ancaq bu dəfə “Boiko qüllələrini” kimin vurduğu bəlli deyil.

//Samir Qurbanov, Editor.az