Hərbi ekspert, Ukrayna Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan polkovniki Vladislav Seleznev “Radio NV”nin efirində Kuraxovo vilayətində vəziyyətin “son dərəcə ağır olduğunu” bildirib.
“Biz orada əməliyyat yarımmühasirəsindəyik və oradakı bölmələrimizin bir hissəsi və onun cənubunda yerləşən yaşayış məntəqələri oradadırlar”-ekspert bildirib. O qeyd edib ki, indi Müdafiə Qüvvələrinin Kuraxovo və yaxınlıqdakı yaşayış məntəqələrindən uzaqlaşması an məsələsidir.
“Çünki Zelenovka ərazisində baş verənlər Kuraxovodan bir qədər qərbdə yerləşən yaşayış məntəqəsidir və bu, bizim üçün real təhlükələr yaradır” -deyə Seleznev vəziyyəti izah etdi.
//Samir Qurbanov, Editor.az