Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın yüksəksürətli katerini məhv edib: ANBAAN görüntülərbackend

Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın yüksəksürətli katerini məhv edib: ANBAAN görüntülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın Qara Dəniz Donanmasının yüksəksürətli katerini məhv edib.

Oxu.Az-ın UNİAN “Telegram” kanalına istinadən xəbərinə görə, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrindən məlumat verilib.

Məlumata görə, Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın hava-desant qoşunları bölməsini Tendrovskaya Kosa adasına (Qara dənizin şimal-qərb sahili yaxınlığında, Xerson bölgəsində bir ada – red.) endirməyə cəhd edən yüksəksürətli kateri vurub.

Əməliyyat zamanı Rusiyanın yeddi hərbçisi ölüb, dördü yaralanıb.