Ukrayna hərbi əməliyyatlara görə qaz ixracını dayandırıbbackend

Ukrayna hərbi əməliyyatlara görə qaz ixracını dayandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Energetika Nazirliyi hərbi əməliyyatlarla əlaqədar olaraq ölkənin gömrük ərazisindən qaz ixracına müvəqqəti qadağa qoyub. Bu barədə Ukraynanın “Naftoqaz” və “Ukrtransqaz” (yeraltı qaz anbarlarının operatoru) şirkətləri bu gün, martın 3-də bildiriblər.

Editor.az Kommersant-a istinadən xəbər verir ki, burada söhbət dayanmayan və həmişəki kimi davam edən – sutkada 109,5 milyon kubmetr olan Rusiya qazının tranzitindən deyil, avropalı treyderlərin Ukrayna UGSF-lərindən qazın qəbulundan gedir. “Ukraynanın Energetika Nazirliyi bazar iştirakçılarına təbii qazın ölkəmizin gömrük ərazisindən ixracına qadağa qoyub. Bu, Ukraynanın yeraltı qaz anbarlarında “gömrük anbarı” rejimində saxlanılan qaza da aiddir. Məhdudiyyət Energetika Nazirliyinin 3 mart tarixli qərarı ilə Ukrayna ərazisində hərbi əməliyyatların aparılması ilə əlaqədar tətbiq edilib”, – şirkətlərin bəyanatında belə deyilir.

//Gülnarə Abasova, Editor.az