Ukrayna Hərbi Hava Qüvvələri Sevastopoldakı gəmiqayırma zavoduna raket zərbəsi endiribbackend

Ukrayna Hərbi Hava Qüvvələri Sevastopoldakı gəmiqayırma zavoduna raket zərbəsi endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sevastopolda gecə hücumu zamanı Orconikidze gəmiqayırma zavoduna raket zərbəsi endirilib.

Qara dənizdəki Rusiya gəmiləri pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Editor.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələri on qanadlı raket və üç “pilotsuz qayıq”la gəmi təmiri zavoduna hücum edib. “Yeddi qanadlı raket hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub, bütün pilotsuz katerlər “Vasili Bıkov” patrul gəmisi tərəfindən məhv edilib.

Düşmənin qanadlı raketlərinin vurulması nəticəsində təmirdə olan iki gəmi zədələnib”, – deyə təcavüzkar ölkənin hərbi İdarəsindən bildirilib.

//Samir Qurbanov, Editor.az