Ukrayna hərbiçiləri Rusiya ərazisinə daxil olubbackend

Ukrayna hərbiçiləri Rusiya ərazisinə daxil olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hava zərbələri ilə müharibəni Rusiya ərazisinə daşıyan Ukrayna əsgərləri sərhəddə yerləşən Belqorod şəhərinə sızdıqlarını göstərən görüntüləri Telegram-dan paylaşıblar.

Editor.az xarici mediaya istinadən bildirir ki, paylaşılan görüntülərə görə, Belqoroddan sərhədi keçən Ukrayna əsgərləri və bir müddət əvvəl üsyana başlayan Azad Rus Legionunun (LSR) könüllüləri Rusiya ordusuna aid çoxlu sayda silah, sursat və maşınları məhv edib. Görüntülərdə ukraynalı əsgərlərin Rusiya anbarlarına daxil olduğu məlum olur. Başqa bir fotoşəkildə isə məhv edilən sursatın yaratdığı yanğın qeydə alınıb.

Digər tərəfdən, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Ukrayna ordusunun bölgəyə çoxbarrelli reaktiv yaylım atəşi sistemi ilə hücum etdiyi açıqlayıb:

“Şebekino şəhərində gecə gərgin keçib. Ukrayna Silahlı Qüvvələri “Qrad” çoxbarrelli reaktiv yaylım atəşi sistemi ilə şəhərin mərkəzini və ətrafını vurub. Hücumlar gecə saat 12:00-da və səhər 3.40-5.15 radələrində baş verib, 5 nəfər yaralanıb. Hücum nəticəsində bəzi binaların zədələnib”.

//Safura Bənnayeva, Editor.az