Ukrayna hərbiləri Dneprin ol sahilinə bayraq asdılarbackend

Ukrayna hərbiləri Dneprin ol sahilinə bayraq asdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna hərbçiləri Xerson vilayətinin sol sahilində Ukraynanın dövlət bayrağını asıblar.
Editor.az bildirir ki. Bu barədə avqustun 29-da yerli “Most” nəşri video yayımlayıb. Bayraq “Şlyaxovik” bağçılıq kooperativinin binalarından birində qaldırılıb. Videoda hərbçilərin tridentlə bayraq dirəyində bayrağı qaldırması əks olunub.
Ukrayna Silahlı Qüvvələrindəki “Suspilnı” mənbələri bayrağın Dnepr çayının sol sahilində, Xerson vilayətində, Antonovski körpüsünün arxasında qaldırıldığını yazıb. Ukraynanın cənubundakı müdafiə qüvvələrinin birgə mətbuat mərkəzinin rəhbəri Natalya Qumenyuk “Suspilini”yə bildirib ki,
Ukrayna bölmələri “işğaldakı insanların ruhunu yüksəltmək üçün” Xerson vilayətinin sol sahilinə enib. “Hərbçilər qayıdıb, bayraq əllərindədir, əks-batareya döyüşü davam edir”, o deyib.
//Samir Qurbanov, Editor.az