Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, cənub cəbhəsində iki həftəlik hücum əməliyyatı zamanı xilas edilən yaşayış məntəqələrinin sayı 8-ə çatıb.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Malyar sosial media hesabından verdiyi açıqlamada qeyd edib.
Malyar eyni zamanda rusların Ukrayna əsgərlərinin Baxmut istiqamətində irəliləməsini dayandırmaq üçün şərqə əlavə əsgərlər yerləşdirdiyini də vurğulayıb: “Bu istiqamətdə döyüşlərin intensivliyi ötən həftə azalsa da, döyüşlər davam edir. Ümumilikdə 41 toqquşma olub və qoşunlarımız bir neçə istiqamətdə irəliləyiş əldə edib”.
Rus ordusunun ötən həftə Liman, Kupyansk, Avdiyivka və Marinka istiqamətlərində hücumlarını davam etdirdiyinə diqqət çəkən Malyar, bu bölgələrdə mövqelərini itirmədiklərini bildirib: “Berdyansk və Melitopol istiqamətlərində 2 həftə davam edən hücum əməliyyatları zamanı Tavriya müdafiə qüvvələri ümumilikdə 8 yaşayış məntəqəsini, yəni Novodarivka, Levadnoe, Storojevoe, Makarovka, Neskuçnoe, Blaqodatnoe, Lobkovo və Pyatixatki azad edilib”.
//Safura Bənnayeva, Editor.az

