Ukrayna ilə Gürcüstan arasında ciddi narazılıq-Spiker videomüraciət yaydıbackend

Ukrayna ilə Gürcüstan arasında ciddi narazılıq-Spiker videomüraciət yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk Ukraynaya davam edən hərbi müdaxilə fonunda Gürcüstanın Rusiya ilə ticarət əlaqələrini inkişaf etdirmək niyyətini pisləyən videomüraciətlə çıxış edib.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, spiker gürcü həmkarlarına ünvanladığı videomüraciətində Rusiyanın Gürcüstana qarşı tətbiq etdiyi bəzi sanksiyaları ləğv etməsinə diqqət çəkib: “Rusiyanın Gürcüstana qarşı sanksiya təzyiqini yumşaltmaq qərarı təsadüfən rəsmi Tbilisinin Ukraynanı tam dəstəkləmək istəmədiyinə görə minnətdarlıq deyilmi?”.

Spiker 2008-ci ildə Gürcüstan ərazisinin də Rusiya tərəfindən işğal edildiyini xatırladaraq, ölkə hakimiyyətinin “palçıqlı razılaşmaları”nın deyil, günlərdir Ukraynaya dəstək üçün meydana çıxan gürcülərin mövqeyinin vacib olduğunu bildirib.

Stefançuk həmçinin gürcü xalqının ukraynalılar üçün çətin vaxtda susmayacaqlarına ümid etdiyini deyib.

Editor.az xatırladır ki, fevralın 25-də Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkəsinin Rusiyaya qarşı sanksiyaları dəstəkləməyəcəyini bildirmişdi.

Daha sonra ölkə hakimiyyəti gürcü könüllülərin Ukrayna tərəfindən vuruşmaq üçün Gürcüstan ərazisindən çıxmasına icazə verməmişdi.

Martın 5-də isə xarici KİV Rusiyanın Gürcüstanın bu davranışlarına adekvat olaraq, süd məhsullarının tədarükü ilə bağlı bu ölkəyə tətbiq etdiyi sanksiyaları ləğv etdiyi haqqında xəbər yayıb.

//Fərrux, Editor.az