Ukrayna və Rusiya arasında danışıqların dördüncü raundu başlayıb.
Editor.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak məlumat verib.
Danışıqlarda atəşkəs, Rusiyanın bütün qoşunlarının Ukraynadan çıxarılması və təhlükəsizlik təminatı məsələləri qaldırılacaq.
“Ağır müzakirələrdir. Rusiya aqressiv hərəkətlərinin mənasızlığını dərk etsə də, yenə də özünü aldadır ki, Ukraynanın mülki şəhərlərinə qarşı 19 günlük zorakılıq düzgün strategiyadır”, – deyə Podolyak yazıb.
//Editor.az

