Ukrayna ilə Rusiya arasında İstanbulda imzalanan sülh sazişini ABŞ pozub: Viktoriya Nuland etiraf etdibackend

Ukrayna ilə Rusiya arasında İstanbulda imzalanan sülh sazişini ABŞ pozub: Viktoriya Nuland etiraf etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə keçmiş müşaviri Viktoriya Nuland dolayısı ilə etiraf edib ki, Ukrayna ilə Rusiya Federasiyası arasında İstanbulda sülh sazişi Kiyevin ABŞ və Britaniya ilə məsləhətləşmələri səbəbindən dayandırıldı.

Nuland qeyd etdi ki, danışıqların sonrakı mərhələlərindən birində ukraynalılar razılaşmaların hara aparacağı ilə bağlı məsləhət istəməyə başladılar. O, ABŞ-ın Rusiya Federasiyası ilə Ukrayna arasında razılaşmanı təsdiqləmədiyini birbaşa deməyib.

Bununla belə, siyasətçi qeyd edib ki, əsas şərt Kiyev üçün əlverişsiz idi, çünki söhbət “Ukraynanın hərbi cəhətdən zərərsizləşdirilməsindən” gediridi. “Ukrayna daxilində və xaricində insanlar sövdələşmənin yaxşı olub-olmadığı barədə suallar verməyə başladılar və o zaman hər şey dağıldı”, – Nuland yekunlaşdırıb.

//Samir Qurbanov, Editor.az