Ukrayna ilə sərhəddə vəziyyət gərgindir – Belarusun müdafiə naziri Viktor Xreninbackend

Ukrayna ilə sərhəddə vəziyyət gərgindir – Belarusun müdafiə naziri Viktor Xrenin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarusun müdafiə naziri Viktor Xrenin Ukrayna ilə sərhəddə təxribatların olma ehtimalının yüksək olduğunu bildirib.

Onun sözlərinə görə, sərhədin bütün hissələrində Ukrayna Təhlükəsizlik Xidmətinin bölmələrinin aktiv fəaliyyəti müşahidə olunur. O, həmçinin bildirib ki, Ukrayna hərbçiləri bəzən Belarus hava məkanını pozan pilotsuz təyyarələrdən istifadə etməklə kəşfiyyat aparırlar.

“Sərhəd bölgələrdə Ukrayna silahlı birləşmələrinin olmasını nəzərə alaraq, ərazimizdə silahlı təxribatların, o cümlədən Belarus millətçi birləşmələrinin iştirakı ilə yüksək səs-küylü aksiyaların hazırlanması və həyata keçirilməsi ehtimalı yüksək olaraq qalır”, – nazir deyib. Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Pavel Muraveyko Ukrayna ilə sərhəddə Belarus qoşunlarının gücləndirildiyini bəyan edib və istənilən təxribata cavab verməyə hazır olduğunu deyib.

//Samir Qurbanov, Editor.az