Ukrayna ilin sonuna kimi məğlub ola bilər – ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Villiam Bernsbackend

Ukrayna ilin sonuna kimi məğlub ola bilər – ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Villiam Berns

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Villiam Berns Konqres üzvlərinə xəbərdarlıq edib ki, Ukrayna Vaşinqtondan kömək almasa, ilin sonuna kimi məğlub ola bilər.

Editor.az bildirir ki, “George W. Bush” Prezident Mərkəzində keçirilən tədbirdə çıxışı zamanı Burns qanunvericiləri Kiyevə hərbi yardımın ayrılması ilə bağlı qanun layihəsini təsdiq etməyə çağırıb.

“Həm praktiki, həm də psixoloji cəhətdən hərbi yardımdan əldə ediləcək təkan sayəsində ukraynalılar 2024-cü ilin sonuna qədər dayanmağa və Putinin vaxtın onun tərəfində olduğuna dair təkəbbürlü inamını məhv etməyə kifayət qədər qadirdir”, – MKİ rəhbəri deyib. Lakin Konqres yardımı təsdiq etməsə, “vəziyyət daha dəhşətli olacaq” – o deyib.

“Ukraynalıların 2024-cü ilin sonuna qədər döyüş meydanını uduzması və ya heç olmasa Putini siyasi nizamlanmanın şərtlərini diktə edə biləcəyi vəziyyətə salması ilə bağlı çox real risklər var”, – deyə Villiam Berns xəbərdarlıq edib. Onun fikrincə, Ukraynaya dəstək “Rusiya ilə müharibədən başqa bir şeydir”.

“Bu, həm də Çindəki Si Cinpin, onun ambisiyaları və Hind-Sakit okean regionundakı müttəfiqlərimiz və tərəfdaşlarımız haqqındadır. Söhbət, həqiqətən də, rəqiblərimizin bizim etibarlılığımızı və qətiyyətimizi dərk edib-etməməsindən gedir”, Berns əlavə edib.

//Samir Qurbanov, Editor.az