Ukrayna İrana qarşı HƏRƏKƏTƏ KEÇDİ: “Cəzasız qalmayacaq…”backend

Ukrayna İrana qarşı HƏRƏKƏTƏ KEÇDİ: “Cəzasız qalmayacaq…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Nazirlər Kabineti İrana qarşı sektoral sanksiyaların tətbiqi ilə bağlı təkliflərini Milli Təhlükəsizlik və Müdafiə Şurasına göndərib.

Bu barədə Ukrayna Nazirlər Kabineti məlumat yayıb.

Hökumətin fikrincə, Rusiyaya silah tədarükü ilə birbaşa məşğul olan şəxslər və şirkətlərə ilkin məhdudiyyətlər İran tərəfindən ciddi xəbərdarlıq kimi qəbul edilməyib. Bununla bağlı Nazirlər Kabineti sanksiyaların gücləndirilməsi barədə qərar qəbul edib.

“Biz İrana qarşı sektoral sanksiyalara başlayırıq. Ukraynanın və tərəfdaşlarımızın Rusiyaya silah tədarükündə birbaşa iştirak edən şəxslərə və şirkətlərə tətbiq etdiyi əvvəlki məhdudiyyətlər, təəssüf ki, ciddi xəbərdarlıq kimi qəbul edilmədi. Arqumentlərimizi gücləndirəcəyik. Biz həm də çalışacağıq ki, mümkün qədər dünyanın bir çox ölkəsi belə sərt qərarlara qoşulsun. Ukraynaya qarşı təcavüz cəzasız qalmayacaq. Eyni şəkildə, təcavüzkara kömək də cəzasız qalmayacaq”, – deyə iqtisadiyyat naziri Yuliya Sviridenko bildirib.

Nazirlər Kabinetinin təkliflərinə əsasən, sanksiyalar 50 il müddətinə tətbiq ediləcək. Bura iranlıların Ukraynadan kənara kapitalının çıxarılmasının qarşısının alınması, texnologiyaların, əqli mülkiyyət hüquqları obyektlərinə hüquqların İran rezidentlərinə ötürülməsinə qadağa, İrana və ölkə sakinlərinin xeyrinə investisiyaların qadağan edilməsi, İran rezidentləri tərəfindən verilmiş elektron ödəniş alətləri (o cümlədən köçürmələr, hesablaşmalar və nağd pul çıxarılması) üzrə xidmətlərin dayandırılması, pul köçürmələri ilə məşğul olan beynəlxalq ödəniş sisteminin Ukrayna Milli Bankı tərəfindən qeydiyyata alınmasının qadağan edilməsi, İran rezidentlərinin beynəlxalq ödəniş sistemlərində qeydiyyata alınmasının qadağan edilməsi daxildir.

Publika.az