Ukrayna İranla bağlı FİFA-ya müraciət etdi: Dünya çempionatından kənarlaşdırılsınbackend

Ukrayna İranla bağlı FİFA-ya müraciət etdi: Dünya çempionatından kənarlaşdırılsın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 31-də Ukrayna Futbol Assosiasiyasının (UFA) icraiyyə komitəsinin iclasında İranla bağlı bir sıra qərarlar qəbul edilib.

Editor.az bildirir ki, bu barədə UFF saytı məlumat yayıb. “UFF İcraiyyə Komitəsi, Rusiya Futbol İttifaqının Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindən olan futbol klubları və federasiyalarının Rusiya yarışlarına və RFF strukturuna inteqrasiyası ilə bağlı hərəkətlərini nəzərə alaraq RFF-nı FİFA və UEFA üzvlüyündən çıxarılması şəklində təcili tədbirlər görmək çağırışı ilə bu qurumlara müraciət edib.

Ukraynaya qarşı müharibədə Rusiyaya kömək edən İranla da bağlı anoloji qərar qəbul olunub. Qərarda deyilir: “İran millisinin 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatında iştirakdan kənarlaşdırılması məsələsinə baxılması təklifi ilə FİFA-ya müraciət edilsin”.

//Samir Qurbanov, Editor.az