Ukrayna İranla diplomatik münasibətləri kəsə bilərbackend

Ukrayna İranla diplomatik münasibətləri kəsə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Xarici İşlər Nazirliyi İranın Rusiyaya ehtimal olunan ballistik raketlər ötürməsinə cavab vermək üçün bütün variantları, o cümlədən diplomatik münasibətləri kəsmək variantını nəzərdən keçirir.

Bu barədə Xarici İşlər Nazirliyinin spikeri Georgi Tixi brifinqdə bildirib. Onun sözlərinə görə, İranın ballistik raketləri Rusiyaya ötürməsi Ukrayna üçün hadisələrin tamamilə qəbuledilməz inkişafıdır. “Ukrayna bunun Ukrayna-İran münasibətləri üçün dağıdıcı nəticələrə gətirib çıxaracağına dair sərt mövqeyini ifadə edib. Bir daha təsdiq edə bilərəm ki, bizim xəbərdarlığımız qüvvədə qalır”, – deyə Tixi qeyd edib.

O, əlavə edib ki, sentyabrın 9-da İran İslam Respublikasının Ukraynadakı müvəqqəti işlər vəkili Şəhriyar Əmuzegər Xarici İşlər Nazirliyinə çağırılıb və onun dağıdıcı nəticələri ilə bağlı bu mövqe sərt şəkildə ona çatdırılıb. Tixinin sözlərinə görə, Xarici İşlər Nazirliyi hadisələrin inkişafını çox diqqətlə izləyir və bu istiqamətdə addımlar atılacaq.

//Samir Qurbanov, Editor.az