Ukrayna irəliləyir?-“Rusiyanın iki yolu qalıb”-AÇIQLAMAbackend

Ukrayna irəliləyir?-“Rusiyanın iki yolu qalıb”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu müharibə lokal müharibədir. Lokal müharibənin xüsusiyyəti odur ki, hücuma məruz qalan tərəf özünümüdafiəni yaxşı bacarmalıdır”.

Bunu Editor.az-a konfliktoloq Elman Vəliyev ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun Ukrayna ordusunun Zaporojye vilayətinin qərb hissəsində Rusiyanın tank əleyhinə xəndəklər və “əjdaha dişləri” müdafiə xətlərinin arxasındakı mövqelərə doğru irəlilədiyi ilə bağlı yaydığı məlumata və rəsmi Kiyevin üstünlüyü əldə saxlayıb-saxlamayacağına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ukraynanın əks-hücum əməliyyatı öz ərazisində gedir və bunu qələbə kimi qiymətləndirib böyütmək olmaz:

“Burada üstün tərəf Rusiyadır. Səbəbi ondan ibarətdir ki, başqa bir dövlətin ərazisinə zor gücü ilə daxil ola bilib. Bu dəfəki müharibədə Ukraynaya külli miqdarda ağır texnika yardımı edildi. Hadisələrin sonrakı axarında Ukrayna özünümüdafiəni bacaracaq. Hələ bu prosesi tezləşdimək istəyirlərsə, ABŞ-ın ratifikasiyası ilə “F-35′”ləri də nəql edə bilərlər. Rusiyanın iki yolu qalıb. Geniş prizmadan baxsaq, bunu aydın görə bilərik. Ya Əfqanıstan ssenarisi, ya da Pir qələbəsi
..Ukrayna sadəcə özünümüdafiəni bacaracaq. Rəsmi Kiyev onsuz da parçalanmış formadadır. Krım, Donbas, Donetsk, Luqansk bütöv elementin ayrı-ayrı parçalarıdır”.

Elman Vəliyevin fikrincə, Rusiyanın digər mühüm bir məqsədi Qara dəniz hökmranlığıdır:

“Taxıl koridoru barəsindəki siyasi gedişatları da bu istiqamətdədir. Bəziləri bu müharibəyə mistik prizmadan yanaşır. Buna ezoterik bir biçimdə yanaşmaq düzgün deyil. Britaniya, Hindistan, Amerikanın çox da əhəmiyyət verdiyi bir proses deyil. Britaniya üçün heç bir itki yoxdur. Rusiyanı Çinin dəstəkçi qismindən uzaqlaşdırmaq istəyi var. Yəni, ola biləcək Çin-NATO qarşıdurmasında böyük hərb sənayesinə, arsenalına malik Rusiyanı “out” etməkdir. Digər yandan BRİCS-in genişlənməsinə mane olmaq. Bəs bu planda uğurlar qazanıldımı? Müəyyən qədər deyə bilərəm. Artıq BRİCS genişlənməyə davam edir “.

//Safura Bənnayeva, Editor.az