Ukrayna prezidenti Vladimir Zelenski açıq şəkildə bildirib ki, Ukrayna işğal olunmuş ərazilərinin Rusiyaya verilməsi ilə razılaşmaq niyyətində deyil.
O, bunu “The Telegraph”ın müxbirinin Ukrayna qoşunlarının olmasına baxmayaraq, xüsusən də özününkü hesab etdiyi bölgələrdə torpaqların Rusiyaya verilməsini nəzərdə tutan sazişin bağlanmasının mümkün olub-olmayacağı ilə bağlı sualına cavabında deyib. “Bu cür güzəştləri ehtiva edən istənilən sülh sazişi sülh olmayacaq – bu, “məcburi təslim olmaq” demək olacaq”, – nəşr yazır.
Zelenski Rusiyanın tam nəzarətində olmayan ilhaq edilmiş bölgələrin Moskvaya təhvil verilməsini nəzərdə tutan sülh sazişini qəbul edə bilməyəcəyini deyib. Amma Kreml heç vaxt bu əraziləri Ukraynanın əlində saxlayacaq sülh sazişini qəbul etməyəcək. Eyni zamanda, “The Telegraph”ın yazdığı kimi, şübhələr var ki, ABŞ prezidenti Donald Tramp və vitse-prezident J.D.Vens “bunu bilirlər və sadəcə olaraq ukraynalıların prezident Zelenskini günahlandırmaq və bütün yardımları kəsə bilmələri üçün rədd edəcəkləri bir razılaşma təqdim etmək istəyirlər”.
Böyük Britaniyanın baş naziri Keir Starmer Vaşinqtonla Ukraynanın müttəfiqləri arasında uçurumu nə qədər daraltmaq istəsə də, bu, boşluq deyil, uçurumdur, məqalədə vurğulanır.
//Samir Qurbanov, Editor.az