Ukrayna İsveçdən qırıcı təyyarələr almağa hazırdırbackend

Ukrayna İsveçdən qırıcı təyyarələr almağa hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin mətbuat katibi Sergey Qolubtsov bildirib ki, Kiyev İsveçin “Qripen” qırıcılarını qəbul etmək üçün lazımi infrastruktura malikdir.

Editor.az xəbər verir ki, o bu barədə Donbass Realities layihəsinə müsahibəsində açıqlama verib. Qolubtsovun sözlərinə görə, Ukrayna aviasiyası 2018-ci ildə mövcud sovet təyyarə parkını Amerikanın F-16 qırıcıları, İsveçin Gripen, Avropanın Eurofighter və Fransanın Rafale təyyarələri ilə əvəz etməyi planlaşdırırdı. O bildirib ki, Ukrayna artıq bu təyyarə üçün sorğu göndərib.

Bundan əvvəl Ukraynaya hava qüvvələrini dəstəkləyən beynəlxalq koalisiya ölkələri İsveçdən hələ Kiyevə JAS Gripen qırıcılarını göndərməməyi xahiş etmişdilər. Bu müraciətin nə ilə bağlı olduğu açıqlanmayıb.

//Gülnarə Abasova, Editor.az