Ukrayna prezidenti Vladimir Zelenski hakim “Gürcü arzusu” partiyasının qurucusu Bidzin İvanişvili, baş nazir İrakli Kobaxidze və Tbilisi meri Kaxa Kaladzeyə qarşı sanksiya tətbiq edilməsi haqqında fərman imzalayıb.
Siyahıda Ukrayna hakimiyyətinin fikrincə, “Gürcüstanın maraqlarını satmaqda” məsul olan ümumilikdə 19 nəfər var. “Əgər vaxtında və əsaslı şəkildə reaksiya verməsəniz, onilliklər boşa çıxacaq və ölkələr azadlıqdan məhrum olacaqlar. Bu regionda heç kimi itirmək mümkün deyil – nə Gürcüstanı, nə Moldovanı, nə də Ukraynanı. Biz birlikdə Moskvaya qarşı özümüzü müdafiə etməliyik”, – deyə Vladimir Zelenski bəyan edib.
Sanksiya siyahısına Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili, ölkənin daxili işlər naziri Vaxtanq Qomelauri, Gürcüstan parlamentinin bir neçə hakimi və deputatları da daxildir.
//Samir Qurbanov, Editor.az