Ukrayna kalibrli minaların istehsalına başlayıbbackend

Ukrayna kalibrli minaların istehsalına başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Dövlət Müdafiə Şirkəti “Ukroboronprom” dan verilən yazılı açıqlamada şirkətin NATO üzvü olan bir ölkə ilə əməkdaşlığının ilk məhsulu haqqında məlumat verilib.

Editor.az xarici mediaya istinadən bildirir ki, açıqlamada iki tərəfin birgə 120 mm çaplı mina istehsalına başladığı qeyd edilib.
Açıqlamada qeyd olunub ki, sözügedən sursat düşmən piyadasını 25-60 metr radiusda zərərsizləşdirməyə zəmanət verir və onun hissələri 250 metrə qədər yayıla bilir.

120 millimetrlik minalar mühəndis konstruksiyalarını və yüngül zirehli texnikaları məhv edə bilir: “Ümumilikdə 120 millimetrlik minaatan müasir sursatlarla 7 kilometrə qədər, 8 kilometrdən çox məsafədəki hədəfləri vura bilir”.
Bundan əlavə, bəyanatda xatırladılıb ki, “Ukroboronprom” bundan əvvəl xaricdə 82 mm-lik minaatan mərmilərinin kütləvi istehsalına başlayıb.

//Safura Bənnayeva,Editor.az