Keniya prezidenti Vilyam Ruto Ukraynanın Afrikanın şərqindəki ərzaq problemini həll etmək üçün Mombasa limanında taxıl mərkəzi açacağını açıqlayıb.
Editor.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski və Rutonun Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyası çərçivəsində görüşündə bildirilib.
Afrikanın 25 ölkəsi hər il buğda idxalının üçdə birindən çoxunu Rusiya və Ukraynadan idxal edir. Rusiya-Ukrayna müharibəsi başlayandan bəri artan ərzaq qiymətləri səbəbindən çətin günlər yaşayan Afrika ölkələri iki ölkə arasında sülhün əldə edilməsi təşəbbüsü ilə çıxış ediblər.
Afrika Birliyi Komissiyasının sədri Musa Faki Məhəmməd Qara dəniz Taxıl Dəhlizi Sazişinin dayandırılmasından təəssüfləndiyini bildirib və tərəfləri razılaşmanı davam etdirməyə çağırıb.
//Gülnarə Abasova, Editor.az

