Ukrayna Kəşfiyyatının rəhbəri: Putinin devrilməsinə hazırlıq gedirbackend

Ukrayna Kəşfiyyatının rəhbəri: Putinin devrilməsinə hazırlıq gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada Vladimir Putinin devirilməsinə hazırlıq gedir.

Bu barədə Editor.az Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun Sky News telekanalına müsahibəsinə istinadən məlumat verir. Budanovun sözlərinə görə, Kreml rəhbəri ağır xərçəng xəstəsidir. Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə isə avqustda dönüş baş verəcək və ilin sonuna qədər döyüşlərin aktiv fazası başa çatacaq. “Dönüş nöqtəsi avqustun ikinci yarısında olacaq. Bu ilin sonuna kimi isə aktiv döyüş əməliyyatlarının böyük hissəsi başa çatacaq. Nəticədə biz itirdiyimiz bütün ərazilərimizdə, o cümlədən Donbas və Krımda Ukraynanın varlığını bərpa edəcəyik – kəşfiyyat rəhbəri bildirib.

Rusiyanın şərqə yönəlməsinə baxmayaraq, taktikasının dəyişmədiyini deyən Budanov, Rusiyanın böyük itkilər verdiyini bildirib. O, Rusiyanın müharibədəki uğursuzluqlarına təəccüblənmədiyini deyərək “Biz düşmənimiz haqqında hər şeyi bilirik. Onların planlarından demək olar ki, ilk gündən xəbərimiz var”. Budanov onu da deyib ki, Avropa Rusiyanı böyük təhlükə kimi görür və Moskvanın təcavüzündən qorxur. “Biz səkkiz ildir ki, Rusiya ilə müharibə edirik və deyə bilərik ki, bu geniş şəkildə reklam edilən Rusiya gücü bir mifdir. Bu dövlət o qədər də güclü deyil. Bu, sadəcə çoxlu silahı olan insanlar dəstəsidir”, – Baş Kəşfiyyat İdarəsinin rəisi bildirib.

  Editor.az