Ukrayna Kiyevdəki xəstəxanaya hücuma NATO-nun cavabını gözləyirbackend

Ukrayna Kiyevdəki xəstəxanaya hücuma NATO-nun cavabını gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyev Rusiyanın raket hücumundan sonra Qərb tərəfdaşlarından konkret qərarlar alacağını gözləyir.

Editor.az “European Pravda”a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

Onun sözlərinə görə, xüsusilə NATO-nun Vaşinqtonda keçirilən sammitindən, o cümlədən Moskvanın günahlandırıldığı iddia edilən Ukraynanın paytaxtında uşaq xəstəxanasına dəymiş ziyan hekayəsi ilə bağlı bəzi addımlar gözlənilir. “Polşada qəbul edilən qərarlar ilk addımdır. NATO sammitində veriləcək qərarlar ikinci addımdır. Onları real, praktiki şeylər maraqlandıracaq: Ukrayna hansı silahları alacaq, Ukrayna hansı hava hücumundan müdafiə sistemləri alacaq. Bu, güclü və təsirli cavab olacaq”,- deyə Kuleba deyib. O əlavə edib ki, Qərb tərəfdaşlarından, o cümlədən ABŞ-dan Rusiya ərazisinə zərbə endirmək üçün uzaqmənzilli silahlardan istifadə etmək üçün icazə alacağını gözləyir. Kuleba hədəflərin guya yalnız hərbi obyektlər olacağını vurğulayıb.

//Gülnarə Abasova, Editor.az