Ukrayna Krasnodoru Qərb silahları ilə vurubbackend

Ukrayna Krasnodoru Qərb silahları ilə vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna silahlı qüvvələri bir neçə dəfə Rusiya ərazisinə zərbələr endirmək üçün Qərbin təchiz etdiyi silahlardan istifadə edib.

Editor.az bildirir ki, bu barədə AFP-nin bir neçə mənbəyə istinadən xəbər verib. Nəşrin yazdığına görə, sonuncu dəfə Ukrayna Silahlı Qüvvələri müttəfiqlərinin silahları ilə Krasnodar yaxınlığındakı obyektlərə hücum edib. Agentlik hansı silahdan söhbət getdiyini dəqiqləşdirməyib.

Bir gün əvvəl “Bild” mənbəyə istinadən yazıb ki, Ukrayna ən azı bir dəfə Qərb müttəfiqləri ilə Rusiyaya hücumların yolverilməzliyi ilə bağlı razılaşmanı pozub. Nəşrin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Almaniyadan aldığı “Patriot” sistemindən istifadə edərək Rusiya ərazisinə hücum edib. Nəşr başqa təfərrüatları açıqlamayıb.

//Samir Qurbanov, Editor.az