Ukrayna: Krım körpüsünün vurulması an məsələsidir!backend

Ukrayna: Krım körpüsünün vurulması an məsələsidir!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanı Krım yarımadası ilə birləşdirən körpü mütləq dağıdılacaq. Bu, an məsələsidir.

Bunu Ukrayna daxili işlər nazirinin müşaviri Viktor Andrusiv deyib.

O bildirib ki, Ukraynanın hazırda Kerç boğazından keçən Rusiya körpüsünə zərbə endirmək imkanı yoxdur:

“Bunun üçün Azov dənizinin sahillərinə çox yaxınlaşmaq lazımdır. Bir şeyi deyə bilərəm: Krım körpüsü mütləq dağılacaq. Yeganə sual bunun nə vaxt baş verəcəyidir”.

Axar.az